

Antiseptik - BioSlim SEPTONORM çayı
TƏRKİBİ:
Gülxətmi kökü, dazıotu otu, gülümbahar çiçəyi, çobanyastığı çiçəyi, boymadərən otu, kəklikotu otu, cökə çiçəyi.
TƏSİRİ:
Septonorm çayı iltihabəleyhinə, antiseptik və antihistamin təsirlərə malikdir. İstifadə zamanı regenerasiyanı sürətləndirir, immuniteti artırır, qrammənfi, qrammüsbət mikroorqanizmlərə öldürücü təsir göstərir və allergiya əlamətlərini aradan qaldırır.
Gülxətmi kökünün tərkibində A, C vitaminləri, efir yağları, polisaxaridlər, flavonoidlər və mikroelementlər vardır. İltihabəleyhinə, bəlğəmgətirici və regenerasiyaedici təsirlərə malikdir.
Dazıotu otunun tərkibində B, C, E, P vitaminləri, flavonoidlər, dəmir, maqnezium, sink, mis və s. mikroelementlər vardır. Orqanizmə iltihabəleyhinə, virusəleyhinə və ağrıkəsici təsir göstərir.
Gülümbahar çiçəyinin tərkibində vitaminlər, flavonoidlər, kalium, kalsium, dəmir, mis və s. mikroelementlər vardır. Orqanizmə iltihabəleyhinə, bakterisid və ödqovucu təsir göstərir.
Çobanyastığı çiçəyinin tərkibində A, C, PP vitaminləri, flavonoidlər, qlikozidlər, kalium, kalsium, xlor, fosfor, maqnezium və s. mikroelementlər vardır. İltihabəleyhinə, sedativ, ağrıkəsici, antihistamin təsirlərə malikdir.
Boymadərən otunun tərkibi C, K vitaminləri, flavonoidlər, qlikozidlər və mikroelementlərlə zəngindir. Bürüyücü, iltihabəleyhinə, bakterisid və qankəsici təsir xüsusiyyətlərinə malikdir.
Kəklikotu otunun tərkibi A, B, C, K vitaminləri, efir yağları, flavonoidlər, qlikozidlər, kalium, dəmir, selen, maqnezium və s. mikroelementlər vardır. Orqanizmə iltihabəleyhinə, ağrıkəsici və spazmolitik təsir göstərir.
Cökə çiçəyinin tərkibi A, C vitaminləri, flavonoidlər, qliozidlər, dəmir, kalsium, kalium, maqnezium və s. mikroelementlərlə zəngindir. Orqanizmə iltihabəleyhinə, ağrıkəsici, bəlğəmgətirici, diuretik və qızdırmasalıcı təsir göstərir.
GÖSTƏRİŞLƏRİ:
-
Ağız boşluğu və boğaz xəstəlikləri: tonzillit, faringit, laringit, stomatit, gingivit
-
Ağızda yaralar və diş çıxarıldıqdan sonra
-
Haymorit, frontit
-
Mədə və bağırsağın infeksion xəstəlikləri
Əks göstərişləri:
Çayın tərkibində olan bitkilərə qarşı fərdi həssaslıq.
İSTİFADƏ QAYDASI:
Uşaqlarda - 1 filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür və 10 - 15 dəq. dəmlənir. Gündə 2-3 dəfə, hər dəfə 15-30 ml (1-2 xörək qaşığı) yeməkdən 30 dəq. əvvəl ilıq halda daxilə qəbul edilir.
Böyüklərdə - 2 filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür və 10 - 15 dəq. dəmlənir. Gündə 2-3 dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq halda daxilə qəbul olunur.
Septonorm çayı həm daxilə, həm də qarqara kimi istifadə oluna bilər. Qəbul müddəti 15 gündür.
Dərman vasitəsi deyil.


