top of page
004_Sedaton.png

SAKİTLƏŞDİRİCİ - BioSlim SEDATON çayı

 

BioSlim SEDATON çayları əsəblərinizi daim sakit saxlayır, sinir gərginliyini aradan qaldırır, Sizi Stress və Depressiyadan qoruyur.

TƏRKİBİ:

Bədrənc yarpağı, pişikotu kökü, damotu otu, istiotlu nanə yarpağı, lavanda otu, təbii limon aromatı.

TƏSİRİ: 

BioSlim Sedaton çayı sedativ təsirli şəfalı bitkilərdən hazırlan­mış­dır. İstifadə zamanı sinir sisteminin oyanıqlığını azaldır, tormozlan­manı artırır, koronar damarların spazmını aradan qaldırır, qan təzyiqini aşağı salır, ürəyin qan dövranını yaxşılaşdırır. Nevroz, nevrasteniya, hiper­toniya, miqren, klimakterik sindrom, impotensiya, yuxusuzluq, baş ağrı­ları, fiziki və zehni yorğunluq zamanı geniş istifadə olunur. BioSlim Sedaton çayı yuxuyagetməni asanlaşdırır, yorğunluğu aradan qaldırır. İş qrafiki intensiv olan, zehni və fiziki işlə məşğul olan bütün  insanlara  profilaktik məqsədlə mütəmadi istifadəsi məsləhət görülür.

 

Bədrənc yarpağı efir yağları, vitaminlər, flavonoidlər, karotin və bir çox bioaktiv maddələrlə zəngindir. Antioksidant, sakitləşdirici, hipotenziv, antibakterial, ağrıkəsici, iltihabəleyhinə təsirlərə malikdir.

 

Pişikotu kökünün tərkibində efir yağları, qlikozidlər, alkaloidlər, üzvi turşular, K, Ca, Fe, Se elementləri və bir çox bioaktiv maddələr vardır. Sakitləşdirici və spazmolitik vasitə kimi yuxusuzluqda, nevrozlarda, nevrasteniyada, hipertoni­ya­da, isteriyada, klimakterik sindromda, baş ağrılarında yaxşı təsir göstərir. Qan dövranını yaxşılaşdıraraq, damarları genişləndirir, arterial təzyiqi aşağı salır, ürəyin fəaliyyətini tənzimləyir.

 

Damotu otunun tərkibində qlikozidlər, alkaloidlər, efir yağları, flavonoidlər, vitaminlər, mineral duzlar və bir çox bioaktiv maddələr vardır. Sinir sistemi oyanıqlığında, yuxusuzluqda, kardionevrozda, nevrasteniyada yaxşı təsir edir, ürək ritmini ləngidir, ürəyin gücünü artırır və arterial təzyiqi aşağı salır.

 

İstiotlu nanə yarpağının tərkibi efir yağı, karotin, üzvi turşular, Zn, Se, Mo elementləri və bir çox bioaktiv maddələrlə zəngindir. Sakitləşdirici, spazmolitik, ağrıkəsici, antiseptik təsirlərə malikdir. Sinir sistemini sakitləşdirərək yuxunu normallaşdırır, əhval-ruhiyyəni və beyinin fəaliyyətini yaxşılaşdırır, baş ağrılarını aradan qaldırır, arterial təzyiqi aşağı salır. 

 

Lavanda otu iltihabəleyhinə, spazmolitik, sakitləşdirici bakterisid, təsirlərə malikdir. Sinir sistemini sakitləşdirir,  yuxusuzluqda,  nevrozlarda və baş ağrılarında yaxşı təsir göstərir.

 

GÖSTƏRİŞLƏRİ:

• Yuxusuzluq

• Sinir oyanıqlığı və stress

• Nevrasteniya, nevroz, kardionevroz (sinir mənşəli ürək ağrıları)

• Xroniki yorğunluq sindromu

• Hipertoniya xəstəliyi (ilkin mərhələdə)

• Predmenstrual və klimakterik sindromlar

• Sinir mənşəli həzm sistemi xəstəlikləri

• Uşaqlarda sinir-reflektor oyanıqlıq sindromu

Əks göstərişləri:

Çayın tərkibində olan bitkilərə qarşı fərdi həssaslıq.

 

İSTİFADƏ QAYDASI:

1-2 filtr-bağlama 200 ml (1 stəkan) qaynar suda 10-15 dəqiqə dəmlənir və ilıq halda içilir. Gündə 2 dəfə yeməkdən 30 dəqiqə əvvəl qəbul olunur. Yuxusuzluq zamanı 2-3 filtr-bağlama 200 ml qaynar suda dəmlənir və yatmazdan 30 dəqiqə əvvəl qəbul edilir.

Dərman vasitəsi deyil. 

BioSlim SEDATON-la sakit həyatın həzzini yaşa!

© 2017 ArganVita

bottom of page