

Mədə-bağırsaq Xəstəlikləri Əleyhinə - BioSlim QASTRANORM çayı
TƏRKİBİ:
İstiotlu nanə yarpağı, bağayarpağı yarpağı, kəcəvər kökü, aptek çobanyastığı çiçəyi, boymadərən otu, gülümbahar çiçəyi, zəyərək toxumu.
TƏSİRİ:
Qastranorm çayı mədə bağırsaq sisteminin sekretor funksiyasını yaxşılaşdıraraq həzmi asanlaşdırır, iltihabı aradan qaldırır, mədə və onikibarmaq bağırsağın selikli qişasına bərpaedici təsir göstərərək yara və xoraların sağalmasına yardım edir. Həmçinin disbakterioz və müxtəlif etiplogiyalı ishallarda yaxşı təsir göstərir.
İstiotlu nanə yarpağının tərkibində mentol, flavonoidlər, karotin, mis, sink, selen, maqnezium mikroelementləri vardır. Sakitləşdirici, spazmolitik, ağrıkəsici və iltihab əleyhinə təsirlərə malikdir.
Bağayarpağı yarpağının tərkibində A, C, K vitaminləri, saponinlər, alkoloidlər, flavonoidlər, qlikozidlər və mikroelementlər vardır. Antibakterial, iltihabəleyhinə, yarasağaldıcı və bürüyücü təsir xüsusiyyətlərinə malikdir.
Kəcəvər kökünün tərkibi vitaminlər, qlikozidlər, flavonoidlər, kalium, fosfor və s. mikroelementlərlə zəngindir. İştahanı artırır, həzmi yaxşılaşdırır, mədə şirəsinin ifrazını artırır, ödqovucu və iltihab əleyhinə təsir göstərir.
Çobanyastığı çiçəyinin tərkibində bioloji aktiv maddə olan xamazulen, vitaminlər, üzvi turşular və bir çox makro və mikroelementlər vardır. Bağırsaqlarda spazmı aradan qaldırır, həzmi yaxşılaşdırır, maddələr mübadiləsini sürətləndirir.
Boymadərən otunun tərkibi C, K vitaminləri, flavonoidlər, qlikozidlər və mikroelementlərlə zəngindir. Bürüyücü, iltihab əleyhinə, bakterisid və qankəsici təsir xüsusiyyətlərinə malikdir.
Gülümbahar çiçəyi tərkibində vitaminlər, flavonoidlər, kalium, kalsium, dəmir, mis və s. mikroelementlər vardır. Orqanizmə iltihab əleyhinə, bakterisid və ödqovucu təsir göstərir.
Zəyərək toxumunun tərkibi A, B1, B2, B5, B6, B9, C, E, F, K, PP vitaminləri, fosfor, dəmir, sink və s. mikroelementlərlə zəngindir. Mədə bağırsaq sisteminə bürüyücü, yarasağaldıcı və iltihab əleyhinə təsirlərə malikdir.
FAYDALARI:
• Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi
• Kolitlər
• Hipoasid qastrit
• Disbakterioz
• İshal
Əks göstərişləri:
Çayın tərkibində olan bitkilərə qarşı fərdi həssaslıq.
İSTİFADƏ QAYDASI:
Uşaqlarda - 1 filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür və 10 - 15 dəq. dəmlənir. Gündə 2-3 dəfə, hər dəfə 15-30 ml (1-2 xörək qaşığı) yeməkdən 30 dəq. əvvəl ilıq halda daxilə qəbul edilir.
Böyüklərdə - 2 filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür və 10 - 15 dəq. dəmlənir. Gündə 2-3 dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq halda daxilə qəbul olunur.
Qəbul müddəti 30 gündür. 10 günlük fasilədən sonra təkrar qəbul oluna bilər.
Dərman vasitəsi deyil.


