

KİŞİLƏR üçün - BioSlim PROSTAN 40+ çayı
BioSlim PROSTAN-40 çayları kişilərdə əmələ gələn gecə narahatçılığı, tez-tez sidiyə çıxma problemini həll edir və həyat keyfiyyətini yaxşılaşdırır. 40 yaşdan yuxarı bütün kişilərə məsləhət görülür.
TƏRKİBİ:
Onaqra otu (ivan çay, yakıotu), güldəfnə toxumu (çəmənotu), zəncəfil kökü, darçın qabığı, ginkqo-biloba yarpaqları, karkade çiçəyi (məkkəgülü), təbii limon aromatı.
TƏSİRİ:
BioSlim Prostan 40+ çayı afrodizyak təsirli şəfalı bitkilərdən hazırlanmışdır. Kişilərdə müxtəlif səbəblərdən, o cümlədən yaşla əlaqədar əmələ gələn prostat problemləri və potensiya zəifliyinin müalicə və profilaktikasında istifadə olunur. İstifadə zamanı qan dövranını yaxşılaşdıraraq prostat vəzin şişkinliyini azaldır, ölçülərini normallaşdırır, sidikburaxmanı asanlaşdırır, cinsi gücü və həvəsi artırır. Ümumiyyətlə 40 yaşdan yuxarı bütün kişilərə BioSlim Prostan 40+ çayını profilaktik məqsədlə mütəmadi istifadə etmək məsləhət görülür.
Onaqra otu (yakıotu) tərkibi C, B qrup vitaminlər, alkaloidlər, antioksidantlar, mikroelementlər, orqanik turşular və çox sayda bioaktiv maddələrlə zəngindir. Orqanizmə stimulyasiyaedici, iltihabəleyhinə və sidikqovucu təsir göstərir. Maddələr mübadiləsini sürətləndirir, prostat vəzin qan dövranını və fəaliyyətini yaxşılaşdırır, şişkinliyini azaldır, potensiyaya müsbət təsir edir.
Güldəfnə (çəmənotu) A, C, B qrup vitaminlər, kalium, fosfor, maqnezium, kalsium, natrium, dəmir, selen və s. maddələrlə zəngindir. Kiçik çanağın qan dövranını gücləndirir, prostat vəzin işini yaxşılaşdırır, iltihabını aradan qaldırır, spermatozoidlərin hərəkətliliyini, cinsi gücü və həvəsi artırır.
Zəncəfil A, B, C,E vitaminləri, antioksidantlar, amin turşuları, maqnezium, kalium, fosfor, silisium, dəmir, natrium, kalsium, sink, beta-karotin, triptofan, metionin kimi faydalı elementlərlə zəngindir. Maddələr mübadiləsini sürətləndirir, qanda xolesterinin səviyyəsini aşağı salır, immuniteti artırır, iltihab əleyhinə təsir edir. Həmiçinin qanı durulaşdıraraq qan dövranını yaxşılaşdırır, əzələlərə tonuslandırıcı təsir göstərir, prostat vəzin işini yaxşılaşdırır və orqanizmi qüvvətləndirir.
Darçın efir yağı, antioksidantlar, vitaminlər (A, B1, B2, B9, C, E, K) və mikroelementlərlə (mis, selen, sink, maqnezium, dəmir, kalsium) zəngindir. Darçını "təbii antibiotik" də adlandırırlar. İltihabəleyhinə, antibakterial təsirinə görə soyuqdəymə, qrip və digər xəstəliklər zamanı müxtəlif bakteriyalara, viruslara, göbələklərə qarşı effektli təsir göstərir.
Darçın orqanizmi toksin və şlaklardan təmizləyir, sinir sistemini sakitləşdirir, qanı duruldaraq qan dövranını yaxşılaşdırır və potensiyaya müsbət təsir edir.
Ginkqo biloba tərkibində ginkolid maddəsi, flavonoidlər, vitaminlər, efir yağları, makro və mikroelementlər vardır. Maddələr mübadiləsini sürətləndirir, qan damarlarında mikrosirkulyasiyanı yaxşılaşdıraraq əsəb gərginliyini aradan qaldırır, daxili orqanlarda qan dövranını yaxşılaşdıraraq prostat vəzin işini yaxşılaşdırır.
Karkade çiçəyi (məkkəgülü) tərkibində güclü antioksidant olan kversitin, vitaminlər, mikroelementlər, üzvi turşular və çox sayda bioloji aktiv maddələr vardır. Orqanizmin müqavimətini artırır, qan təzyiqini, qanda şəkərin səviyyəsini aşağı salır. Sidikqovucu, ödqovucu təsir edərək böyrəkləri və öd kisəsini təmizləyir, qaraciyərin işini yaxşılaşdırır. Həmçinin qan dövranını yaxşılaşdıraraq prostat vəzin işini yaxşılaşdırır və potensiyaya müsbət təsir göstərir.
GÖSTƏRİŞLƏRİ:
• 40 yaşdan yuxarı kişilərdə prostat vəz xəstəliklərinin profilaktikası
• Prostat vəzin hiperplaziyası və adenoması
• Kişilərdə yaşla əlaqədar cinsi gücün və istəyin azalması
• Xroniki prostatit
Əks göstərişləri:
Çayın tərkibində olan bitkilərə qarşı fərdi həssaslıq.
İSTİFADƏ QAYDASI:
2 filtr-bağlama 200 ml (1 stəkan) qaynar suda 10-15 dəqiqə dəmlənir və ilıq halda içilir. Gündə 2 dəfə yeməkdən 30 dəqiqə əvvəl qəbul olunur.
Qəbul müddəti 1 aydır. Sonra 1 ay fasilə vermək məsləhətdir. Bir il ərzində 3-4 kurs qəbul etmək olar.
Dərman vasitəsi deyil.
BioSlim PROSTAN-40 ilə cavanlığını qoru!