

Mədəaltı Vəz üçün - BioSlim PANKRENORM çayı
TƏRKİBİ:
Bağayarpağı yarpağı, dazıotu otu, andız kökü, zəncirotu kökü, güldəfnə toxumu, biyan kökü.
TƏSİRİ:
Pankrenorm çayı mədəaltı vəzin iltihabını aradan qaldırır və fəaliyyətini normallaşdırır. Ödün, mədə şirəsinin və digər həzm fermentlərinin ifrazını normallaşdıraraq zülalların, karbohidratların və yağların həzmini asanlaşdırır.
Bağayarpağı yarpağının tərkibi C, A, K vitaminləri, saponinlər, alkaloidlər, flavonoidlər, qlikozidlər və mikroelementlərlə zəngindir. Mədənin sekretor funksiyasını yaxşılaşdırır, antibakterial, iltihabəleyhinə və bürüyücü təsir göstərir.
Dazıotu otunun tərkibində E, B, C, P vitaminləri, flavonoidlər, dəmir, maqnezium, sink, mis mikroelementləri və s. bioaktiv maddələr vardır. Çayların tərkibində istifadə olunduqda öd yollarında və bağırsaqlarda spazmı aradan qaldırır, mədə vəzilərinin işini yaxşılaşdırır, həzm sistemində olan iltihabı aradan qaldırır.
Andız kökünün tərkibi E, K vitaminləri, efir yağları, alkaloidlər, saponinlər, maqnezium, manqan, kalium, dəmir mikroelementləri ilə zəngindir. İltihab əleyhinə və ödqovucu təsirlərə malikdir. Bağırsaqların peristaltikasını zəiflədir, sekretor aktivliyini isə artırır.
Zəncirotu kökünün tərkibində taraksasin qlikozidi, inulin, xolin, А, В1, В2, С vitaminləri, karotin, flavonoidlər, makro və mikroelementlər vardır. Çayların tərkibində istifadə olunduqda ödqovucu, sidikqovucu, iltihabəleyhinə təsir edir.
Güldəfnə toxumunun tərkibi A, C, B1, B2, B6 vitaminləri, karotinoidlər, fitosterinlər, kalium, fosfor, dəmir, selen, sink, və s. mikroelementlər ilə zəngindir. Həzm vəzilərinin sekresiyasını stimullaşdırır, bürüyücü təsir göstərir və həzmi yaxşılaşdırır.
Biyan kökünün tərkibində saponinlər, flavonoidlər, polisaxaridlər, alkaloidlər, efir yağları, kalium, kalsium, maqnezium, sink və s. mikroelementlər vardır. İltihabəleyhinə, spazmolitik və bürüyücü təsir edərək həzmi normallaşdırır.
FAYDALARI:
• Xroniki pankreatitin müxtəlif formaları
• Həzm sisteminin pozğunluqları
• Qurd invaziyaları zamanı həzm sistemi pozğunluqları
• Şəkərli diabetin profilaktikası
Əks göstərişləri:
Çayın tərkibində olan bitkilərə qarşı fərdi həssaslıq.
İSTİFADƏ QAYDASI:
Uşaqlarda - 1 filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür və 10 - 15 dəq. dəmlənir. Gündə 2-3 dəfə, hər dəfə 15-30 ml (1-2 xörək qaşığı) yeməkdən 30 dəq. əvvəl ilıq halda daxilə qəbul edilir.
Böyüklərdə - 2 filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür və 10 - 15 dəq. dəmlənir. Gündə 2-3 dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq halda daxilə qəbul olunur. Qəbul müddəti 30 gündür. 10 günlük fasilədən sonra təkrar qəbul oluna bilər.
Dərman vasitəsi deyil.


