top of page
025_Vitaminorm.png

Multivitamin - BioSlim VİTAMİNORM çayı

TƏRKİBİ:

Gicitkən yarpağı, itburnu meyvəsi, şirin biyan kökü, istiotlu nanə yarpağı, çin cır limonu meyvəsi, məkkəgülü çiçəyi, exinaseya otu.

TƏSİRİ:

Vitaminorm çayı metabolik proseslərdə vacib amillər olan vitamin və minerallarla zəngindir. İstifadə zamanı orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır, yorğunluğu aradan qaldırır, uşaqlarda fiziki-zehni inkişafı yaxşılaşdırır. Həm də profilaktik məqsədlə və keçirilmiş xəstəliklərdən sonrakı bərpa dövründə yaxşı təsir göstərir.

 

Gicitkən yarpağının tərkibində  A, B1, B2, B3, B6, C, K, vitaminləri, efir yağları, flavonoidlər, kalium, dəmir, bor, natrium, mis, titan və s. mikroelementləri vardır.

Orqanizmə iltihabəleyhinə təsir göstərir, qan dövranını yaxşılaşdırır və maddələr mübadiləsini normallaşdırır.

 

İtburnu meyvəsinin tərkibində  A, B1, B2, C, PP, K  vitaminləri, flavonoidlər,efir yağları, qlikozidlər, dəmir, maqnezium, fosfor, manqan, kalsium və s. mikroelementlər vardır. Orqanizmin müqavimətini, diurezi artırır, antioksidant və iltihabəleyhinə təsir göstərir.

 

Şirin biyan kökünün tərkibində  A, C vitaminləri, üzvi turşular, polisaxaridlər, flavonoidlər, dəmir, kalium, kalsium və s. mikroelementlər vardır. Bəlğəmgətirici, iltihabəleyhinə və spazmolitik təsirlərə malikdir.

 

İstiotlu nanə yarpağının tərkibində mentol, flavonoidlər, karotin, mis, sink, selen, maqnezium mikroelementləri vardır. Sakitləşdirici, spazmolitik, ağrıkəsici və iltihabəleyhinə təsirlərə malikdir.

 

Çin cır limonu  meyvəsinin tərkibi  A, B1, B2, B6, B9, C, E, PP  vitaminləri, efir yağları, flavonoidlər, kalium, fosfor, natrium, sink və s. mikroelementlərlə zəngindir. Orqanizmə antibakterial təsir göstərir, qan dövranını yaxşılaşdırır və maddələr mübadiləsini normallaşdırır.

 

Məkkəgülü çiçəyinin tərkibi  A, B, C, PP  vitaminləri, flavonoidlər, üzvi turşular və mikroelementlərlə zəngindir. Qan dövranını yaxşılaşdırır və maddələr mübadiləsini normallaşdırır.

 

Exinaseya otunun tərkibində vitaminlər, qlikozidlər, efir yağları, üzvi turşular, dəmir, selen, gümüş, maqnezium, sink və s. mikroelementlər vardır. Orqanizmə iltihabəleyhinə, virusəleyhinə və immunomodulyator təsir göstərir.

 

GÖSTƏRİŞLƏRİ:

  • Hipovitaminoz, mövsümi hipovitaminoz

  • Orqanizmin fiziki və zehni yorğunluğu

  • Uşaqlarda inkişafın zəif olması

  • Saç və dırnaqların kövrəkliyi

 

Əks göstərişləri:

Çayın tərkibində olan bitkilərə qarşı fərdi həssaslıq.

 

İSTİFADƏ QAYDASI:

Uşaqlarda - 1 filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür və 10 - 15 dəq. dəmlənir. Gündə 2-3 dəfə, hər dəfə 15-30 ml (1-2 xörək qaşığı) yeməkdən 30 dəq. əvvəl ilıq halda daxilə qəbul edilir.

Böyüklərdə - 2 filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür və 10 - 15 dəq. dəmlənir. Gündə 2-3  dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq halda daxilə qəbul olunur.

Qəbul müddəti 30 gündür. 10 günlük fasilədən sonra təkrar qəbul oluna bilər.

Dərman vasitəsi deyil. 

© 2017 ArganVita

bottom of page