top of page
015_Kardionorm.png

Ürək Gücləndirici Çay - BioSlim KARDİONORM çayı

TƏRKİBİ:

Yemişan çiçəkləri, yemişan meyvələri, çin cır limonu meyvəsi, damotu otu, istiotlu nanə yarpağı, aptek çobanyastığı çiçəyi, pişikotu kökü.

TƏSİRİ:

Kardionorm çayı ürəyin qan damarlarını genişləndirərək koronar qan dövranıını yaxşılaşdırır, ürək əzələsinin tonusunu artırır, aritmiya və taxikardiyanı aradan qaldırır. Qanda qlükozanın, süd turşusunun və xolesterinin miqdarını azaldaraq ateroskleroz əleyhinə təsir göstərir.

 

Yemişan çiçəklərinin tərkibində  A, C vitaminləri, efir yağları, flavonoidləri və mikroelementlər vardır. Ürək fəaliyyətinin funksional pozğunluqlarında, hipertoniya xəstəliyində, stenokardiyada, angionevrozlarda, klimakterik nevrozlarda yaxşı təsir göstərir.

 

Yemişan meyvələrinin tərkibində vitaminlər, üzvi turşular, flavonoidləri və mikroelementlər vardır. Ürək əzələsinin işini yaxşılaşdırır, ürək ritmini normallaşdırır və qan dövranını yaxşılaşdırır. Hipertoniyada, stenokardiyada, nevrozlarda, yuxusuzluqda, fiziki və zehni yorğunluqda yaxşı təsir göstərir.

 

Çin cır limonu meyvəsinin  tərkibi  A, B1, B2, B6, B9, C, E, PP  vitaminləri, efir yağları, flavonoidlər, kalium, fosfor, natrium, sink və s. mikroelementlərlə zəngindir. Qan dövranını yaxşılaşdırır, maddələr mübadiləsini normallaşdırır və regenerativ prosesləri sürətləndirir.

 

Damotu otunun tərkibində  A, E, C vitaminləri, flavonoidlər, efir yağları, qlikozidlər, kalium, kalsium, natrium, kükürd və s. mikroelementlər vardır. Sedativ, spazmolitik, diuretik, iltihab əleyhinə təsir göstərir.

 

İstiotlu nanə yarpağının tərkibində  B1, B2, B3, B5, B6, C vitaminləri, flavonoidlər, qlikozidlər, kalium, kalsium, maqnezium, fosfor və s. mikroelementlər vardır. Orqanizmə sakitləşdirici, sidikqovucu təsir göstərir, iltihabı azaldır, damarların divarını möhkəmlədir.

 

Çobanyastığı çiçəyinin tərkibində  A, C, PP vitaminləri, flavonoidlər, qlikozidlər, kalium, kalsium, xlor, fosfor, maqnezium və s. mikroelementlər vardır. İltihabəleyhinə, sedativ, ağrıkəsici, antihistamin təsir göstərir.

 

Pişikotu kökünün tərkibi  A, B, C vitaminləri, alkaloidlər, üzvi turşular və mikroelementlərlə zəngindir. Orqanizmə sakitləşdirici və spazmolitik təsir edir, ürəyin qan  dövranını yaxşılaşdırır.

 

GÖSTƏRİŞLƏRİ:

  • Aterosklerotik kardioskleroz

  • Ürəyin işemik xəstəliyi

  • Aritmiya, taxikardiya

  • Miokard infarktı

  • Ürək-damar sisteminin iltihabi xəstəlikləri

  • Ürək-damar nevrozu

 

İSTİFADƏ QAYDASI:

Uşaqlarda - 1 filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür və 10 - 15 dəq. dəmlənir. Gündə 2-3 dəfə, hər dəfə 15-30 ml (1-2 xörək qaşığı) yeməkdən 30 dəq. əvvəl ilıq halda daxilə qəbul edilir.

Böyüklərdə - 2 filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür və 10 - 15 dəq. dəmlənir. Gündə 2-3  dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq halda daxilə qəbul olunur.

Qəbul müddəti 15 gündür. 10 günlük fasilədən sonra təkrar qəbul oluna bilər.

Dərman vasitəsi deyil. 

© 2017 ArganVita

bottom of page