

Qrip, Soyuqdəymə və Qızdırma əleyhinə - BioSlim GRİPPNORM çayı
Qripp və Soyuqdəymə - kimyəvi yox, təbii vasitələrlə qorunun. QRİPPNORM çayı – boğaz ağrısını, əzələ və oynaq ağrılarını azaldır, bədəni tərlədir və temperaturu aşağı salır. Təbii vasitədır həm uşaqlara, həm də böyüklərə məsləhətdir.
TƏRKİBİ:
İtburnu meyvəsi, çin cır limonu meyvəsi, məkkəgülü çiçəyi, cökə çiçəyi, moruq yarpaqları, kəklikotu otu, zəncəfil kökü, şirin biyan kökü, evkalipt yarpağı, istiotlu nanə yarpağı.
TƏSİRİ:
Grippnorm çayı soyuqdəymə hallarını müşayiət edən ağrıları - boğazağrısını, başağrısını, əzələ və oynaq ağrılarını azaldır, bədəni tərlədir və yüksək temperaturu aşağı salır. Həm də tənəffüs yolları və ağız boşluğunun selikli qişasına antiseptik, itihabəleyhinə təsir göstərir.
İtburnu meyvəsinin tərkibində A, B1, B2, C, PP, K vitaminləri, flavonoidlər,efir yağları, qlikozidlər, dəmir, maqnezium, fosfor, manqan, kalsium və s. mikroelementlər vardır. Orqanizmin müqavimətini, diurezi artırır, antioksidant, iltihabəleyhinə təsir göstərir.
Çin cır limonu meyvəsinin tərkibi A, B1, B2, B6, B9, C, E, PP vitaminləri, efir yağları, flavonoidlər, kalium, fosfor, natrium, sink və s. mikroelementlərlə zəngindir. Orqanizmə antibakterial, iltihabəleyhinə və immunomodulyator təsir göstərir.
Məkkəgülü çiçəyinin tərkibi A, B, C, PP vitaminləri, flavonoidlər, üzvi turşular və mikroelementlərlə zəngindir. Orqanizmin müqavimətini artırır, maddələr mübadiləsini normallaşdırır.
Cökə çiçəyinin tərkibi A, C vitaminləri, flavonoidlər, qlikozidlər, dəmir, kalsium, kalium, maqnezium və s. mikroelementlərlə zəngindir. Orqanizmə iltihabəleyhinə, ağrıkəsici, bəlğəmgətirici, diuretik və qızdırmasalıcı təsir göstərir.
Moruq yarpağının tərkibində A, B, C, E, PP vitaminləri, flavonoidlər, qlikozidlər, yod, maqnezium, sink, mis, kalium və s. mikroelementlər vardır. İltihabəleyhinə, qızdırmasalıcı, tərlədici və bəlğəmgətirici təsir xüsusiyyətlərinə malikdir.
Kəklikotu otunun tərkibi A, B, C, K vitaminləri, efir yağları, flavonoidlər, qlikozidlər, kalium, dəmir, selen, maqnezium və s. mikroelementlər vardır. Orqanizmə iltihabəleyhinə, ağrıkəsici və spazmolitik təsir göstərir.
Zəncirotu kökünün tərkibi A, B1, B2, B3, C, E, PP vitaminləri, flavonoidlər, qlikozidlər, maqnezium, dəmir, kalsium, fosfor və s. mikroelementlərlə zəngindir. Orqanizmə antibakterial, iltihabəleyhinə və spazmolitik təsir göstərir.
Şirin biyan kökünün tərkibində A, C vitaminləri, üzvi turşular, polisaxaridlər, flavonoidlər, dəmir, kalium, kalsium və s. mikroelementlər vardır. Bəlğəmgətirici, iltihabəleyhinə, spazmolitik və antihistamin təsirlərə malikdir.
Evkalipt yarpağının tərkibi vitaminlər, efir yağları, flavonoidlər və mikroelementlərlə zəngindir. İltihabəleyhinə, antiseptik, qurdqovucu və bəlğəmgətirici təsir xüsusiyyətlərinə malikdir.
İstiotlu nanə yarpağının tərkibində B1, B2, B3, B5, B6, C vitaminləri, flavonoidlər, qlikozidlər, kalium, kalsium, maqnezium, fosfor və s. mikroelementlər vardır. Orqanizmə sakitləşdirici, iltihabəleyhinə, sidikqovucu təsir göstərir, damarların divarını möhkəmlədir.
GÖSTƏRİŞLƏRİ:
• İnfeksion-iltihabi xəstəliklər - QRİP
• Yüksək temperaturla, öskürəklə, gözdən yaş axması ilə, güclü titrətmə ilə, baş ağrıları ilə, zökəmlə, burun tutulması ilə, oynaq və əzələ ağrıları ilə müşayiət olunan kəskin respirator virus infeksiyaları
İSTİFADƏ QAYDASI:
Uşaqlarda - 1 filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür və 10 - 15 dəq. dəmlənir. Gündə 3-4 dəfə, hər dəfə 15-30 ml (1-2 xörək qaşığı) yeməkdən 30 dəq. əvvəl ilıq halda daxilə qəbul edilir.
Böyüklərdə - 2 filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür və 10 - 15 dəq. dəmlənir. Gündə 3-4 dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq halda daxilə qəbul olunur.
Qəbul müddəti 10 gündür.
Dərman vasitəsi deyil.
QRİPPNORM çayı için – qripdən yan keçin!


