top of page
011_Enzinorm.png

Həzmi Normallaşdırıcı Çay - BioSlim ENZİNORM çayı

TƏRKİBİ:

İstiotlu nanə yarpağı, keşniş toxumu, çobanyastığı çiçəyi, qaraqınıq otu, cökə çiçəyi, şüyüd meyvəsi, boymadərən otu, zəncirotu kökü, zəncəfil kökü.

TƏSİRİ:

Enzinorm çayı həzm fermentlərinin sintezinə stimuliasiyaedici təsir göstərir. Çayın qəbulu zamanı həzm sisteminin sekretor fəaliyyətini artırır, ödqovucu, iltihabəleyhinə, ağrıkəsici təsir edir və bağırsaqların peristaltikasını artırır.

 

İstiotlu nanə yarpağının tərkibində B1, B2, B3, B5, B6, C vitaminləri, flavonoidlər, qlikozidlər, kalium, kalsium, maqnezium, fosfor və s. mikroelementlər vardır. Orqanizmə sakitləşdirici, mədə-bağırsaq yoluna tonuslandırıcı və iltihabəleyhinə təsir göstərir.

 

Keşniş toxumunun tərkibi  A, B, C vitaminləri, efir yağları, flavonoidlər, selen, dəmir, sink, gümüş və s. mikroelementlərlə zəngindir. Antibakterial, antiseptik, ödqovucu və sekretolitik təsir göstərir.

 

Çobanyastığı çiçəyinin tərkibində  A, C, PP vitaminləri, flavonoidlər, qlikozidlər, kalium, kalsium, xlor, fosfor, maqnezium və s. mikroelementlər vardır. İltihabəleyhinə, antibakterial, ağrıkəsici və ödqovucu təsir göstərir.

 

Qaraqınıq otunun tərkibi vitaminlər, efir yağları, flavonoidlər, qlikozidlər və mikroelementlərlə zəngindir. Orqanizmə spazmolitik, iltihabəleyhinə, ödqovucu təsir göstərir, mədə-bagırsağın sekretor fəaliyyətini artırır.

 

Cökə çiçəyinin tərkibi  A, C vitaminləri, flavonoidlər, qliozidlər, dəmir, kalsium, kalium, maqnezium və başqa mikroelementlərlə zəngindir. Orqanizmə iltihabəleyhinə, ağrıkəsici, sekretolitik və ödqovucu təsir göstəriir.

 

Şüyüd meyvəsinin tərkibində B qrup, C vitaminləri, flavonoidlər, qlikozidlər, kalium, kalsium, mis, dəmir və s. mikroelementlər vardır. Orqanizmə spazmolitik, qazqovucu təsir göstərir və bağırsağın motor funksiyasını tənzimləyir.

 

Boymadərən otunun tərkibi  C, K vitaminləri, üzvi turşular, flavonoidlər, qlikozidlər, dəmir, kalsium, sink və s. mikroelementlərlə zəngindir. İltihabəleyhinə, antibakterial və yarasağaldıcı təsirlərə malikdir.

 

Zəncirotu kökünün tərkibi  A, B1, B2, B3, C, E, PP vitaminləri, flavonoidlər, qlikozidlər, maqnezium, dəmir, kalsium, fosfor və s. mikroelementlərlə zəngindir. Spazmolitik, ödqovucu təsir edir, həzm vəzilərinin sekretor fəaliyyətini artırır.

 

Zəncəfil kökünün tərkibi  A, B1, B2, B3, C  vitaminləri, qliozidlər, flavonoidlər və mikroelementlərlə zəngindir. Orqanizmə antibakterial, iltihab əleyhinə, ödqovucu və spazmolitik təsir göstərir.

 

GÖSTƏRİŞLƏRİ:

  • Mədə-bağırsağın fəaliyyətinin normallaşdırılması

  • Həzmin yaxşılaşdırılması

  • Köp, meteorizm və spazmın aradan qaldırılması

  • Mədə-bağırsaq sistemində selikli qişaların bərpası

İSTİFADƏ QAYDASI:

Uşaqlarda - 1 filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür və 10 - 15 dəq. dəmlənir. Gündə 2-3 dəfə, hər dəfə 15-30 ml (1-2 xörək qaşığı) yeməkdən 30 dəq. əvvəl ilıq halda daxilə qəbul edilir.

Böyüklərdə - 2 filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür və 10 - 15 dəq. dəmlənir. Gündə 2-3 dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq halda daxilə qəbul olunur.

Qəbul müddəti 30 gündür. 10 günlük fasilədən sonra təkrar qəbul oluna bilər.

Dərman vasitəsi deyil. 

© 2017 ArganVita

bottom of page