top of page
010_Diabenorm.png

Şəkərli Diabet Üçün Çay - BioSlim DİABENORM çayı

TƏRKİBİ:

Zeytun yarpağı, qaragilə zoğları, lobya meyvəsinin qını, qarazirə toxumu, ud hindi, əncir yarpağı, bağayarpağı yarpağı, darçın qabığı.

 

TƏSİRİ:

Diabenorm çayı orqanizmdə mədəaltı vəz və insulin reseptorlarının fəaliyyətini aktivləşdirərək  insulin sintezini artırır, qlükozanın toxumalar tərəfindən mənimsənilməsini yaxşılaşdırır, qanda şəkərin səviyyəsini aşağı salır. Mədəaltı vəzin qan dövranını yaxşılaşdıraraq iltihab əleyhinə, antibakterial təsir edir və toxumaların regenerasiyasını sürətləndirir.

 

Zeytun yarpağının tərkibi A, K, C, E, D vitaminləri, flavonoidlər, doymamış yağ turşuları və mikroelementlərlə zəngindir. İmmun sistemi aktivləşdirir və qanda insulinin miqdarını artırmaqla şəkərin səviyyəsini aşağı salır.

 

Qaragilə zoğlarının tərkibində  A, C, PP vitaminləri, flavonoidlər, qlikozidlər və çox sayda mikroelementlər vardır. Spazmolitik, iltihab əleyhinə, qankəsici və antiseptik təsirlərə malikdir. Mədəaltı vəzi stimulyasiya edərək qanda şəkərin səviyyəsini aşağı salır.

 

Lobya meyvəsinin qınının tərkibi B1, B2, C, PP vitaminləri, flavonoidlər və mikroelementlərlə zəngindir. Sidikqovucu, qankəsici təsir göstərir və qanda şəkərin səviyyəsini aşağı salır.

 

Qarazirə toxumunun tərkibində  A, E, D, B1, B2, B6, B9 vitaminləri, beta-karotin, fosfor, kalium, kalsium, maqnezium və başqa mikroelementlər vardır. Orqanizmə spazmolitik, qazqovucu, immunomodulyator təsir göstərir. Qan dövranını yaxşılaşdırır və sekretor funksiyanı aktivləşdirir.

 

Ud hindi iltihabəleyhinə, antiseptik, ödqovucu və tonuslandırıcı təsir xüsusiyyətlərinə malikdir.

 

Əncir yarpağının tərkibində A, B1, B2, E, C, PP vitaminləri, üzvi turşular, pektin, kalium, natrium, fosfor, maqnezium mikroelementləri vardır. Sidikqovucu, antiseptik və bərpaedici təsir xüsusiyyətlərinə malikdir.

 

Bağayarpağı yarpağının tərkibində  A, C, K vitaminləri, saponinlər, alkaloidlər, flavonoidlər, qlikozidlər və mikroelementlər vardır. Antibakterial, iltihabəleyhinə, yarasağaldıcı və bürüyücü təsir xüsusiyyətlərinə malikdir.

 

Darçın qabığının tərkibi efir yağı, antioksidantlar, vitaminlər (A, B1, B2, B9, C, E, K) və mikroelementlərlə (mis, selen, sink, maqnezium, dəmir, kalsium) zəngindir. İnsulin reseptorlarına təsir edərək qanda şəkərin səviyyəsini aşağı salır. Həm də iltihabəleyhinə və antibakterial təsir xüsusiyyətlərinə malikdir.

 

FAYDALARI:

• I tip şəkərli diabet

• II tip şəkərli diabet

• Diabetik xoralar

• Diabetik angiopatiyalar

Əks göstərişləri:

Çayın tərkibində olan bitkilərə qarşı fərdi həssaslıq.

İstifadə qaydası:

Uşaqlarda - 1 filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür və 10 - 15 dəq. dəmlənir. Gündə 2-3 dəfə, hər dəfə 15-30 ml (1-2 xörək qaşığı) yeməkdən 30 dəq. əvvəl ilıq halda daxilə qəbul edilir.

Böyüklərdə - 2 filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür və 10 - 15 dəq. dəmlənir. Gündə 2-3 dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq halda daxilə qəbul olunur. Qəbul müddəti 30 gündür. 10 günlük fasilədən sonra təkrar qəbul oluna bilər.

Dərman vasitəsi deyil. 

© 2017 ArganVita

bottom of page