

Bəlğəmgətirici Çay - BioSlim BRONXONORM çayı
Tərkibi:
Gülxətmi kökü, cökə çiçəyi, şirin biyan kökü, kəklikotu otu, istiotlu nanə yarpağı, qaraqınıq otu.
Təsiri:
Bronxonorm çayı bəlğəmgətirici təsirə malik bitkilərdən hazırlanmışdır. Çayın qəbulu zamanı bronxların selikli qişasının sekretor qabiliyyətini artırır, bəlğəmi durulaşdıraraq xaric olmasını sürətləndirir, bronxların spazmını, təngnəfəsliyi aradan qaldırır və öskürək əleyhinə təsir göstərir.
Gülxətmi kökünün tərkibində A, C vitaminləri, efir yağları, polisaxaridlər, flavonoidlər və mikroelementlər vardır. İltihabəleyhinə, bəlğəmgətirici və regenerasiyaedici təsirlərə malikdir.
Cökə çiçəyinin tərkibi A, C vitaminləri, flavonoidlər, qliozidlər, dəmir, kalsium, kalium, maqnezium və s. mikroelementlərlə zəngindir. Orqanizmə iltihabəleyhinə, ağrıkəsici, bəlğəmgətirici, diuretik və qızdırmasalıcı təsir göstərir.
Şirin biyan kökünün tərkibində A, C vitaminləri, üzvi turşular, polisaxaridlər, flavonoidlər, dəmir, kalium, kalsium və s. mikroelementlər vardır. Bəlğəmgətirici, iltihabəleyhinə, spazmolitik və antihistamin təsirlərə malikdir.
Kəklikotu otunun tərkibi A, B, C, K vitaminləri, efir yağları, flavonoidlər, qlikozidlər, kalium, dəmir, selen, maqnezium və s. mikroelementlər vardır. Orqanizmə iltihabəleyhinə, ağrıkəsici və spazmolitik təsir göstərir.
İstiotlu nanə yarpağının tərkibində B1, B2, B3, B5, B6, C vitaminləri, flavonoidlər, qlikozidlər, kalium, kalsium, maqnezium, fosfor və s. mikroelementlər vardır. Orqanizmə sakitləşdirici, sidikqovucu təsir göstərir, iltihabı azaldır, damarların divarını möhkəmlədir.
Qaraqınıq otunun tərkibində vitaminlər, efir yağları, flavonoidlər, qlikozidlər və mikroelementlər vardır. Orqanizmə spazmolitik, iltihabəleyhinə, sedativ, sidikqovucu təsir göstərir, qıcıqlanma hissini azaldır.
GÖSTƏRİŞLƏRİ:
-
Tənəffüs yollarının kəskin və xroniki iltihabi xəstəlikləri
-
Kəskin və xroniki bronxit
-
Bronxoektaziya
-
Pnevmoniya
İstifadə qaydası:
Uşaqlarda - 1 filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür və 10 - 15 dəq. dəmlənir. Gündə 2-3 dəfə, hər dəfə 15-30 ml (1-2 xörək qaşığı) yeməkdən 30 dəq. əvvəl ilıq halda daxilə qəbul edilir.
Böyüklərdə - 2 filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür və 10 - 15 dəq. dəmlənir. Gündə 2-3 dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq halda daxilə qəbul olunur. Qəbul müddəti 30 gündür. 10 günlük fasilədən sonra təkrar qəbul oluna bilər.
Dərman vasitəsi deyil.


