top of page

Payiz və qiş aylarinda saçtökülmənin səbəbləri!

Orta hesabla il ərzində insanın saçı 15 sm-ə qədər böyüyür.Amma bu böyümə ilin müxtəlif vaxtlarında fərqli olur. Belə ki, saçlar da ağac yarpaqları kimi soyuq aylarda daha çox tökür və inkişafı zəifləyir, havalar istiləşməyə başlayanda isə çıxması və inkişafı sürətlənir. Havalar soyumağa başladığı zaman orqanizmdə hormonların aktivliyi azalır, dəridə qan damarları daralır, metabolizm zəifləyir və orqanizmdə böyümə prosesləri ləngiyir. Bu səbəbdən follikulların da qidalanması zəifləyir, saçın inkişafı azalır, tökülməsi asanlaşır və tez qırılır. Eyni zamanda payızda havaların buludlu və yağışlı keçməsi də insanlarda depressiyanın yaranmasına gətirib çıxarır. Bu da qanda stres hormonu sayılan kortizolun miqdarının artmasına səbəb olur. Kortizol saç köklərini qidalandıran damarların daralmasına səbəb olur ki, bunun da sayəsində saçların qidalanması pozulur və onların inkişafı zəifləyir. Depresiya və stres zamanı həm də orqanizmdə B vitamininin miqdarı azalır ki, bu da saçların inkişafına mənfi təsir edir.
Yay aylarında isə havaların günəşli keçməsi qanda xöşbəxtlik hormonu sayılan serotonin hormonunun miqdarının artmasına səbəb olur ki, bunun da sayəsində orqanizmin inkişafı normallaşır. Hormonların aktivliyinin artması qan damarlarının fəaliyyətinə də müsbət təsir edir o cümlədən follikulların da qan təchizatı sürətlənir, saçların inkişafı normallaşır və tökülməsinin qarşısı alınır.

© 2017 ArganVita

bottom of page