top of page

ARGANVİTA UŞAQ ŞAMPUNU
 

Tərkibində təbii, yalnız Mərakeşdə bitən Arqan ağacından alınmış arqan yağı, yatıqqanqal bitkisi və provitamin B5 vardır.

 

Arqan yağı tərkibində A, E, F vitaminləri, Omeqa-6, Omeqa-9 və antioksidantlarla zəngindir. Arqan yağı hələ ətraf mühitə tam uyğunlaşmamış uşağın baş dərisində yağ vəzilərinin işini tənzimləyir, incə körpə dərisini qidalandırır. Tük follikullarının işini normallaşdırır, tüklərin çıxmasını stimullaşdırır, baş dərisini nəmləndirir onu qurumaqdan qoruyur və əmələ gələn qabığın arqan yağı ilə yumşalaraq xaric olmasını sürətləndirir.

 

Yatıqqanqal antiallergik, iltihab əleyhinə təsir göstərir. Uşaqlarda tərlədikdən və ya uşaq bezlərinin istifadəsindən sonra yaranan qıcıqlanmaları aradan qaldırır. Bundan başqa neyrodermit, psoriaz ekzema kimi dəri xəstəliklərində dəriyə müalicəvi təsir göstərir.
 

Provitamin B5 isə uşaq başının dərisində olan sinir uclarına sakitləşdirici təsir edir, dəridə olan qıcıqlanma hissini aradan götürür.

İstifadəsi:

isladılmış nəm saçlara çəkilir və sonra ilıq su ilə yuyulur.

© 2017 ArganVita

bottom of page