top of page
03S.jpg

ARGANVITA ZEYTUN

Saç tökülmə və kəpək əleyhinə şampun

 

ARGANVİTA ZEYTUN şampunu natural arqan yağı, zeytun yarpağı ekstraktı, provitamin-B5 və digər bioaktiv inqredientlərdən hazırlanmışdır. Saç tökülməsi və kəpəyə qarşı bütün saç növlərində istifadə üçün nəzərdə tutulmuşdur.

 

ARQAN YAĞI
Arqan yağının tərkibi A, E, F vitaminləri, Omeqa-6, Omeqa-9 və antioksidantlarla zəngindir. İstifadə zamanı saç köklərində keratin sintezini artıraraq saçların strukturunu bərpa edir, zəifləmiş follikulları gücləndirir və saç tökülməsinin qarşısını alır. Baş dərisinə antibakterial və göbələk əleyhinə təsir edərək kəpəyin əmələ gəlməsini önləyir.

 

ZEYTUN YARPAĞI EKSTRAKTI
Tərkibi A, B, C, E vitaminləri, mikroelementlər, antioksidantlar, fenol birləşmələri, xüsusən də oleuropeinlə zəngindir. Oleuropein maddəsi iltihabəleyhinə, antioksidant və immunostimulyator təsirlərə malikdir. Zeytun yarpağı ekstraktı saç köklərini bərkidir və saç tökülməsinin qarşısını alır. Saçları nəmləndirir, parlaqlığını artırır, uzanmasını sürətləndirir, baş dərisində olan qaşınma və kəpəyi aradan qaldırır.

 

İSTİFADƏ QAYDASI
İsladılmış saçlara çəkilərək 4-5 dəqiqə ərzində masaj edilir və ilıq su ilə yuyulur. Həftədə 2-3 dəfə istifadə olunması məsləhətdir. ARGANVİTA ZEYTUN şampununu saç tökülməsi zamanı bir-iki ay müddətində mütəmadi istifadə etmək lazımdır.  Adi hallarda isə saçların cavan qalması, saç tökülməsi və kəpəyin profilaktikası məqsədilə daim istifadə etmək olar.

 

ARGANVİTA ZEYTUN şampunları müntəzəm istifadə edildikdə saç köklərində melanin sintezini artıraraq saçların ağarmasını ləngidir.

Saçlarınıza dəyər verirsinizsə onlara orqanik maddələrlə qulluq edin şampununuzu düşünərək və hiss edərək seçin!

Arganvita Şampunları - Canlandırır saçları!

© 2017 ArganVita

bottom of page