top of page

QIŞ AYLARINDA SAÇLARA QULLUQ

Yaz mövsümündə günəş, hovuz, dəniz və tez-tez yuma kimi səbəblərlə saçlar zəifləyərkən, qışda da, hava şərtlərinin dəyişməsi saçlara mənfi təsir edir. Soyuq havalarda üz dərisi, ayaqlar və əllər çatladığı kimi, saçlarda da müxtəlif problemlər yaranır. Saçlar qadınların ən gözəl aksesuarlarından biridir.  Buna görə də təxirə salmadan saçlara xüsusi qulluq göstərmək lazımdır. Qış mövsümündə qarlı, yağışlı və soyuq havalar saçların sağlamlığını itirməsinə səbəb olur və bu səbəblə də qış aylarında saçlar daha çox baxıma ehtiyac duyur. Qış mövsümündə saçlara qulluq necə olmalıdır?  Payızın gəlməsiylə başlayan saç problemləri qışa doğru gedərək artır, yağlı saçlardakı yağlanma artır, quru saçlar isə daha çox quruyur. Mövsüm dəyişikliyi saç tökülməsini də sürətləndirir. Qış aylarında saçlar yuyulduqda, yaxşıca qurutmadan çölə çıxmaq mümkün olmadığından saç və baş dərisi fen istiliyinə məruz qalır. Küləkli və soyuq havalarda havadakı nəm azaldığı üçün baş dərisi və saçlar daha çox quruyur. Pis hava şərtlərindən başı qoruyarkən saçlar havasız qalır ki, bu səbəblə saçlar zəifləyir və tökülür. Qışda havaların soyuq olması səbəbiylə daha isti su ilə duş alınır. Saç və baş dərisinin sağlamlığı üçün edilən ən böyük səhvlərdən biri də budur. Bir tərəfdən soyuq hava digər tərəfdən çox isti su ilə alınan duş və arxasından saçı qurutmaq məqsədi ilə istifadə edilən fen səbəbiylə, ortaya çıxan həddindən artıq isti-soyuq dəyişmələri saçların daha çox zərər görməsinə səbəb olur. Nəticədə  baş dərisi quruyur və saçların tökülməsi artır. Gündəlik  saçınızı yumaqdan qaçınmaq lazımdır. Həftədə 2-3 dəfə yuyulma saçların  sağlam və baxımlı olması üçün kifayətdir. Saç  baxımı üçün seçim edərkən saçın tipinə  uyğun məhsulların seçimi çox vacibdir, çünki saçlara uyğun olmayan məhsullar saç və baş dərisinə  problemlər yarada  bilər. Bütün bu problemlərdən uzaq olmaq üçün profilaktik tədbirlər görmək vacibdir.

 

VİTAMİN QƏBULU

Bu ümumi qüvvətləndirici polivitamin-mineral kompleksi, ya da saçlar və dırnaqlar üçün buraxılmış vitaminlər ola bilər. Qiş aylarında eyni zamanda vitamin və minerallarla zəngin qida qəbulu da mühüm əhəmiyyət kəsb edir. Bunlar saçları möhkəmləndirən, tərkibində vitaminlər, omeqa-3, omeqa-6 olan meyvə, tərəvəz, göyərti və başqa təbii qidalar ola bilər.

 

SAÇLARA QULLUQ

Soyuqda yağlı, quru, normal, qarışıq saçlara qulluq adi vaxtda olduğundan fərqlənir. Çünki qış aylarında saç növü dəyişə bilər. Buna görə də hər zaman istifadə edilən şampunlar saçlara zərər vura bilər.

Qış aylarında saçlar daha quru olur. Belə ki, saçlar tükün kökündə yağlı, uclarında isə quru və qırılmağa meylli ola bilər. Buna görə də yay və qış şampunlarının növündə fəsilə görə dəyişiklik ola bilər. Bu xoşagəlməz halların qarşısını almaq üçün tərkibində A, B, E, F vitaminləri, efir yağları və yağ turşuları  olan şampunlardan istifadə etmək məsləhətdir.

 

BAŞ DƏRİSİNİ KƏPƏKDƏN QORUYUN

Temperatur dəyişiklikləri və uzun müddət papaqla gəzmək müxtəlif dermatoloji problemlərin yaranmasına səbəb ola bilər. Bu zaman baş dərisində balans pozulur. Dəri  quruyur, qıcıqlanır, yuxarı qat hüceyrələri daha tez məhv olur və qabıqlanaraq kəpək  əmələ gəlir. Soyuq aylarda immunitetin zəifləməsi də baş dərisində müxtəlif göbələk və bakteriyaların inkişafına səbəb olur. Kəpəkdən yaxa qurtarmaq  və sonradan əmələ gəlməsinin qarşısını almaq üçün quru saçlar üçün kəpək əleyhinə və zədələnmiş saçlar üçün nəzərdə tutulmuş şampunlardan, eyni zamanda təbii yağlardan da istifadə etmək məsləhətdir.

 

ARGANVİTA ŞAMPUNLARI

Arganvita şampunlarıArganvita arqan yağı arqan ağacının vətəni olan Mərakeşdən gətirilmiş natural kosmetik  arqan yağı əsasında hazırlanmışdır. Arqan yağının tərkibində  A, E, F vitaminləri, mikroelementlər, əvəzolunmaz yağ turşuları olan omeqa-6 və omeqa-9 mövcuddur. Arqan yağı baş dərisində qan dövranını sürətləndirir və saç köklərini qidalandırır. Baş dərisini nəmləndirərək qurumasının, mübadilə prosesinin pozulmasının və kəpəyin yaranmasının qarşısını alır. Saçların strukturuna nüfuz edərək onun zəifləməsinin, qırılmasının və haçalanmasının qarşısını alır. Arganvita şampunlarının tərkibində bundan əlavə bitki ekstraktları və provitamin B-5 vardır. Xüsusilə də qış aylarında bitki ekstraktlarının tərkibində olan bioaktiv maddələr və B qrup vitaminlər saçlar üçün çox vacibdir.

Qış aylarında saçlarınızın sağlam olmasını, parlaq və həcmli görünməsini istəyirsinizsə Arganvita şampunlarından daim istifadə  edin!

 

ARGANVİTA ŞAMPUNLARI CANLANDIRIR SAÇLARI!

© 2017 ArganVita

bottom of page