

ARGANVITA SARIMSAQ
Saç tökülmə və kəpək əleyhinə şampun
ARGANVİTA SARIMSAQ şampunu - arqan ağacı meyvələrindən alınmış natural arqan yağı, sarımsaq ekstraktı, provitamin-B5 və digər bioaktiv inqredientlərdən hazırlanmışdır. Saç tökülməsinə və kəpəyə qarşı bütün saç növlərində istifadə üçün nəzərdə tutulmuşdur.
ARQAN YAĞI
Arqan yağının tərkibi A, E, F vitaminləri, Omeqa-6, Omeqa-9 və antioksidantlarla zəngindir. İstifadə zamanı saç köklərində keratin sintezini artıraraq saçların strukturunu bərpa edir, zəifləmiş follikulları gücləndirir və saç tökülməsinin qarşısını alır. Baş dərisinə antibakterial və göbələk əleyhinə təsir edərək kəpəyin əmələ gəlməsini önləyir.
SARIMSAQ EKSTRAKTI
Tərkibi fitonsidlər, minerallar, A, B-qrup, C, D, E vitaminləri, kükürd, selen, yod, kalsium və fosforla zəngindir. İstifadə zamanı zəifləmiş saç köklərini gücləndirərək saç tökülməsinin qarşısını alır, saçların strukturunu bərpa edir və uzanmasını sürətləndirir. Yağ vəzilərinin fəaliyyətini normallaşdıraraq saçların tez-tez yağlanmasının qarşısını alır.
İSTİFADƏ QAYDASI
İsladılmış saçlara çəkilərək 4-5 dəqiqə ərzində masaj edilir və ilıq su ilə yuyulur. Həftədə 2-3 dəfə istifadə olunması məsləhətdir. ARGANVİTA SARIMSAQ şampununu saç tökülməsi zamanı bir-iki ay müddətində mütəmadi istifadə etmək lazımdır. Adi hallarda isə saçların cavan qalması, saç tökülməsi və kəpəyin profilaktikası məqsədilə daim istifadə etmək olar.
ARGANVİTA SARIMSAQ şampunları müntəzəm istifadə edildikdə saç köklərində melanin sintezini artıraraq saçların ağarmasını ləngidir.
Saçlarınıza dəyər verirsinizsə onlara orqanik maddələrlə qulluq edin şampununuzu düşünərək və hiss edərək seçin!
Arganvita Şampunları - Canlandırır saçları!