top of page
04S.jpg

ARGANVITA MİXƏK

Saç tökülmə və kəpək əleyhinə şampun

 

ARGANVİTA MİXƏK şampunu - arqan ağacı meyvələrindən alınmış natural arqan yağı, mixək ekstraktı, provitamin-B5 və digər bioaktiv inqredientlərdən hazırlanmışdır. Saç tökülməsinə və kəpəyə qarşı bütün saç növlərində istifadə üçün nəzərdə tutulmuşdur.

ARQAN YAĞI
Arqan yağının tərkibi A, E, F vitaminləri, Omeqa-6, Omeqa-9 və antioksidantlarla zəngindir. İstifadə zamanı saç köklərində keratin sintezini artıraraq saçların strukturunu bərpa edir, zəifləmiş follikulları gücləndirir və saç tökülməsinin qarşısını alır. Baş dərisinə antibakterial və göbələk əleyhinə təsir edərək kəpəyin əmələ gəlməsini önləyir.

MİXƏK EKSTRAKTI
Tərkibi A, B1, B2, PP, C vitaminləri, efir yağları, yağ turşuları və minerallarla zəngindir. Mixək ekstraktı saç köklərini gücləndirir, böyüməsini sürətləndirir və saç tökülməsinin qarşısını alır. Saçları nəmləndirir,  elastikliyini artıraraq onları parlaq və həcmli edir. Yağ vəzilərinin fəaliyyətini normallaşdıraraq baş dərisində olan qaşınma və kəpəyi aradan qaldırır.

 

İSTİFADƏ QAYDASI
İsladılmış saçlara çəkilərək 4-5 dəqiqə ərzində masaj edilir və ilıq su ilə yuyulur. Həftədə 2-3 dəfə istifadə olunması məsləhətdir. ARGANVİTA MİXƏK şampununu saç tökülməsi zamanı bir-iki ay müddətində mütəmadi istifadə etmək lazımdır. Adi hallarda isə saçların cavan qalması, saç tökülməsi və kəpəyin profilaktikası məqsədilə daim istifadə etmək olar.

 

ARGANVİTA MİXƏK şampunları müntəzəm istifadə edildikdə saç köklərində melanin sintezini artıraraq saçların ağarmasını ləngidir.

Saçlarınıza dəyər verirsinizsə onlara orqanik maddələrlə qulluq edin şampununuzu düşünərək və hiss edərək seçin!

Arganvita Şampunları - Canlandırır saçları!

© 2017 ArganVita

bottom of page