

ARGANVITA GİCİTKƏN
Saç tökülmə və kəpək əleyhinə şampun
ARGANVİTA GİCİTKƏN şampunu natural arqan yağı, gicitkən ekstraktı, provitamin-B5 və digər bioaktiv inqredientlərdən hazırlanmışdır. Saç tökülməsi və kəpəyə qarşı bütün saç növlərində istifadə üçün nəzərdə tutulmuşdur.
ARQAN YAĞI
Arqan yağının tərkibi A, E, F vitaminləri, Omeqa-6, Omeqa-9 və antioksidantlarla zəngindir. İstifadə zamanı saç köklərində keratin sintezini artıraraq saçların strukturunu bərpa edir, zəifləmiş follikulları gücləndirir və saç tökülməsinin qarşısını alır. Baş dərisinə antibakterial və göbələk əleyhinə təsir edərək kəpəyin əmələ gəlməsini önləyir.
GİCİTKƏN EKSTRAKTI
Tərkibi xlorofil, karotin, tannin, vitaminlər (A, B, C, K, E), dəmir, silisium, kalsium, xrom və maqneziumla zəngindir. İstifadə zamanı baş dərisinin qan dövranını yaxşılaşdırır, zəifləmiş saç köklərini gücləndirir, saçların uzanmasını sürətləndirir və saçtökülməsinin qarşısını alır. Göbələk əleyhinə təsir göstərərək qaşınma və kəpəyi aradan qaldırır.
İSTİFADƏ QAYDASI
İsladılmış saçlara çəkilərək 4-5 dəqiqə ərzində masaj edilir və ilıq su ilə yuyulur. Həftədə 2-3 dəfə istifadə olunması məsləhətdir. ARGANVİTA GİCİTKƏN şampununu saç tökülməsi zamanı bir-iki ay müddətində mütəmadi istifadə etmək lazımdır. Adi hallarda isə saçların cavan qalması, saç tökülməsi və kəpəyin profilaktikası məqsədilə daim istifadə etmək olar.
ARGANVİTA GİCİTKƏN şampunları müntəzəm istifadə edildikdə saç köklərində melanin sintezini artıraraq saçların ağarmasını ləngidir.
Saçlarınıza dəyər verirsinizsə onlara orqanik maddələrlə qulluq edin şampununuzu düşünərək və hiss edərək seçin!
Arganvita Şampunları - Canlandırır saçları!