top of page
derevo_argana.jpg

ARQAN  AĞACI 

 

Arqan ağacı həmişəyaşıl ağac olub, yalnız Mərakeşdə və Əlcəzairin cənub hissəsində bitir. 8000 kv km-lik ərazidə təxminən 2 mln arqan ağacı vardır. Arqan ağacı 15 m hündürlüyə qədər qalxır və 150-300 il ömür sürür. Ağacın kökləri 30 metrə qədər dərinliyə uzanır.  Arqan ağacı yalnız 2 ildə 1 dəfə bar verir. Meyvəsinin lətli hissəsi zeytundan böyük olub, əriyə bənzəyir. İyi yüngül qoxulu qoz ləpəsi iyli olub, dadı balqabaq toxumu dadına bənzəyir.

Mərakeşin aborigen əhalisi fəxrlə arqan ağacını əbədi cavanlıq  ağacı adlandırırlar.

Arqan meyvəsinin toxumlarından arqan yağı alınır  ki, bu da kulinariya və kosmetologiyada geniş istifadə edilir.

Bu yağların alınma texnologiyaları da fərqlidir. Qida üçün arqan yağı alınarkən toxumlar əvvəlcə qovrulur, sonra soyuq presləmə metodu ilə sıxılır. Kosmetik arqan  yağı alınarkən isə qovrulmamış toxumlar soyuq presləmə metodu ilə sıxılır.

 

Kulinariya üçün arqan yağı:

Fransa  və Mərakeş  klinikalarında aparılmış tədqiqatlar təsdiq etmişdir ki, arqan yağı ürək-damar sisteminə yaxşı  təsir göstərir. Səhər tezdən acqarına 1-2 xörək qaşığı arqan yağının qəbulu qanda xolesterinin səviyyəsini aşağı salır, qan təzyiqini, qanda şəkəri normallaşdırır,  həzmi yaxşılaşdırır, orqanizmin immun sistemini gücləndirir.

 

Kosmetik arqan yağı:

Kosmetik arqan yağı demək olar ki, rəng və iyə malik deyildir.

Müasir kosmetologiyada arqan yağı əsasında dəri, saç, dırnaqlar üçün kremlər, şampunlar, balzamlar, maskalar, gellər, yağlar, sabunlar və s. istehsal olunur.

 

Arqan yağı kosmetologiyada qırışları aradan qaldırmaq üçün gözəl bir vasitə kimi istifadə edilir. Belə ki, dərini nəmləndirir, strukturunu  yaxşılaşdırır və cavanlaşdırır. Dərinin struktur elementlərindən olan kollagen və elastinin əmələ gəlməsini  stimuliyasiya edir. Xüsusilə sellülit və doğuşdan sonrakı dartılmalarla və dəridə yaranmış çatlara effektiv təsir edir. Arqan yağı gün altında qaralmalarla əlaqədar yaranan gün yanıqlarına da yaxşı təsir göstərir. Dərini bərpa edir,  qidalandırır və yanıqların daha tez sağalmasına kömək edir. Yağın tərkibində olan vitaminlər və yağ turşuları dərini günəşin ultrabənövşəyi şüalarından qoruyur. Tərkibində çox miqdarda doymamış yağ turşularının və bol miqdarda E vitamininin  olduğuna görə arqan  yağı  dərinin vaxtından  əvvəl qocalmasının qarşısını alır, təbii parlaqlığını bərpa edir. Həmçinin  qırışları, dartılmaları azaldır və  dəri qıcıqlanmalarını da aradan qaldırır. Bir sıra dəri xəstəliklərində: sızanaq, psoriaz, ekzema, və  çapıqlara da yaxşı təsir göstərir. Arqan yağı əsasında hazırlanmış kremlər üz, əl və bədən dərisinə asanlıqla  hopur və komfort hissi  bütün gün ərzində hiss edilir.

 

Arqan yağından hazırlanmış  şampun, balzam və maskalar saçları nəmləndirir, saç  köklərini  qidalandırır,  nazilmiş  saçları  canlandırır, saçtökülmənin  qarşısını  alır. Zədələnmiş saçları bərpa edir, kəpəyi, qaşınmanı  aradan qaldırır və onlara ipək yumşaqlığı verir. Daim arqan yağından istifadə quru saçlara elastiklik və parlaqlıq verir. Saçlara qulluq üçün quru və təmiz  saçlara bir neçə damcı arqan yağı sürtmək kifayətdir ki, onlar daha sağlam olsun, parlaq və gözəl görünsün.

 

Arganvita  arqan  yağı  ilə dəriniz daha cavan, saçlarınız  daha  yumşaq, parlaq və  canlı  olsun!

© 2017 ArganVita

bottom of page